Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
Abituriyent jurnalinin online satish sistemi
Azərbaycan dili

Zenbile elave et

Vəsait “Azərbaycan dili” fənninin dörd məzmun xəttini: Dinləyib-anlama və danış­ma, Oxu, Yazı, Dil qaydalarını V-XI siniflər üzrə tam əhatə edir. Ardıcıl şəkildə, hər bir məzmun xətti, bütovlükdə fənnin məzmunu anlaşıqlı, aydın dillə şərh edilir. Şagird­yönlü, nəticəyönlü təlim nəticələri – bacarıqlar ümumi şəkildə ifadə olunur. Məzmun xətlərini əhatə edən standartlara uyğun mühakiməyə, tətbiqetməyə, inteqrasiya ya­rat­mağa və s. əsaslanan müxtəlif səviyyəli açıq və qapalı tipli tapşırıqlar verilir.

Müəyyən mövzuları daha dəqiq və praktik şəkildə mənimsəmək üçün kitabın “Əlavələr” rubrikasında vacib olan, lakin qiy­mət­ləndirmə (eləcə də buraxılış və qəbul imtahanlarında) zamanı tapşırıq predmeti olmayan dilçilik materialları da təqdim edilmişdir. Bu məlumatlar vəsaitdə çərçivədə sarımtıl rənglə yazılır.

Burada durğu işarələri, əməli yazılar ardıcıl olaraq nəzəri məlumat, praktik tapşırıqlar və yoxlama materialları ilə bütöv halda sistemli şəkildə təqdim olunur.

Lüğət bölməsində verilən sözlər isə yalnız dilçilik terminləri deyil, həm də kuri­kulumyönlü söz, termin və ifadələrdir. Bu ifadələr müəllimlər, metodistlər üçün əhə­miy­yətlidir.

Vəsaiti aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.


Zenbile elave et
10 manat