Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
Abituriyent jurnalinin online satish sistemi
English

Zenbile elave et

DİM yeni təhsil proqramı üzrə imtahana hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün "English" vəsaitini nəşr etmişdir.

Vəsait Giriş və 4 bölmədən ibarətdir (“Dinləyib-anlama”, “Oxu”, “Yazı” və “Fonetika və Qrammatika”). Vəsaitdə ingilis dili fənninin üç məzmun xətti: “Dinləyib-anlama”, “Oxu”, “Yazı” və eyni zamanda “Fonetika”, “Qrammatika” qaydaları V-XI siniflər üzrə sistemli şəkildə təqdim edilir.

Vəsait, əsasən, şagirdlər üçün nəzərdə tutulmuşdur. Lakin vəsaitdən ingilis dili müəllimləri də istifadə edə bilərlər. Vəsaitin 1 – 3-cü bölməsi imtahan verənlərin 3 əsas kommunikativ bacarıqlarını inkişaf etdirməyə və öyrəndiklərini praktik test tapşırıqları ilə yoxlamağa imkan verəcək. Burada verilmiş izahatlar, onlara aid nümunələr, mətnlər, dialoqlar şagirdlərin yaş səviyyəsinə, onların nitq ehtiyac və tələbatlarına, qavrama səviyyələrinə uyğunlaşdırılmışdır.

İzahatlar və nümunələr şagirdlərin imtahana hazırlaşarkən kommunikativ bacarıqlarını inkişaf etdirməyə imkan verəcək. Dinləyib-anlama bölməsinə aid dialoq və mətnlərin audiofaylları DİM-in saytında yerləşdirilmişdir(http://dim.gov.az/news/2504/).

Vəsaitin 4-cü bölməsi üç hissədən ibarətdir: fonetika, morfologiya və sintaksis. 1-ci hissə (fonetika) dilin fonetik quruluşunu, hərf-səs tərkibini, oxu qaydalarını əks etdirir. 2-ci hissə (morfologiya) əsas və köməkçi nitq hissələrindən bəhs edir. 3-cü hissədə (sintaksis) söz birləşmələri, cümlə və cümlə üzvləri haqqında əsaslı məlumat verilir.

Vəsaiti aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.


Zenbile elave et
10 manat