Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
Abituriyent jurnalinin online satish sistemi
500 test tapşırığı

Zenbile elave et

DİM dövlət qulluğuna işə qəbul olunmaq istəyən şəxslərə kömək məqsədilə “500 test tapşırığı” adlı  toplunu nəşr etmişdir.

Bu topluya dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində yoxlanılan bilik sahələri (Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması) üzrə imtahan proqramları əsasında hazırlanmış test tapşırıqları daxil edilmişdir. Toplu test imtahanının modelinə uyğun olaraq AA, AB, AC, BA və BB vəzifə qrupları üzrə beş variantda tərtib olunmuşdur və hər variant 100 test tapşırığından ibarətdir. Müvafiq vəzifə qruplarına aid proqramlar əsasında tərtib olunmuş  tapşırıqlardan ibarət hər bir variant test imtahanının məzmunu (test tapşırıqlarının sayı, tipi və forması, mürəkkəblik dərəcəsinə görə paylanması) nəzərə alınmaqla hazırlanmışdır. Topluda hər bir vəzifə qrupuna uyğun hazırlanmış varianta daxil edilmiş test tapşırığı nümunələrinin düzgün cavabları da verilmişdir.

Kitabı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.