Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Abituriyent N12

Zenbile elave et

“Abituriyent” jurnalının 12-ci sayında 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinə dair elmi-statistik materialları çap edilmişdir. Burada tələbə qəbulunun müxtəlif parametrlər üzrə göstəriciləri – ixtisaslar üzrə qəbul aparılan yerlərin sayı, sənəd verən gənclərin ümumi sayı, onların ixtisas qrupları üzrə paylanması, müsabiqə vəziyyəti, imtahanların nəticələri, yüksək nəticəli rayonların və məktəblərin təcrübəsi və s. məsələlər təhlil edilmiş, təklif və tövsiyələr irəli sürülmüşdür.

Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında tələbə qəbulunun nəticələrinin təhlili xüsusi bölmədə verilmişdir. Jurnalda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə, tam orta təhsil və ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə aid təhlili materiallar da təqdim edilmişdir.

Jurnalın bu sayının elektron versiyası da hazırlanaraq ona əlavə edilmişdir. Eyni zamanda jurnalın bu sayına əlavə olaraq “Qəbul imtahanlarının nəticələrinin gender aspektləri”, “Neft-qaz profilli ixtisaslar statistikada”, “Ayrı-ayrı rayonların 2010-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar” və “Qəbul imtahanlarının nəticələrinin fənlər üzrə elmi-metodiki və statistik təhlili” adlı kitabçalar nəşr olunmuşdur. Bu vəsaitlərin aidiyyatı təşkilatlara və müvafiq rayonların təhsil şöbələrinə göndərilməsi nəzərdə tutulmuşdur.