Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
MƏLUMAT KİTABI - СПРАВОЧНИК (IV qrup)

Zenbile elave et

MƏLUMAT KİTABI
Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün

СПРАВОЧНИК
Для абитуриентов азербайджанского и русского секторов

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “Abituriyent” jurnalı redaksiyasının “Abituriyentə informativ-metodiki kömək” silsiləsindən yeni bir vəsait – “Məlumat kitabı (Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün)” çapdan çıxmışdır. İxtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarət olan bu vəsaitdən ali təhsil müəssisələrinə qəbula hazırlaşan abituriyentlər və yuxarı sinif şagirdləri, habelə valideynlər və təhsil işçiləri istifadə edə bilərlər.

Nəşrdə qəbul kampaniyasının gənclər üçün maraqlı olan ən aktual, ən vacib məsələləri işıqlandırılır.

Kitab aşağıdakı bölmələrdən ibarətdir:
·        Növbəti 2012/2013-cü və sonrakı 2013/2014-cü – 2015/2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin ayrı-ayrı ixtisasları üzrə dövlət sifarişi ilə tələbə qəbulunun Proqnozu(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 oktyabr tarixli 336s nömrəli sərəncamından çıxarış);
·        2011-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış  keçid balları;
·        2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları;
·        2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları;
·        Ali təhsil müəssisələrinin bakalavr ixtisasları;
·        Tələbə qəbulu kampaniyası: dəyişiklik və yeniliklər;
·        TQDK-nın elektron xidmətləri haqqında müfəssəl məlumatlar verilmişdir.

Bölmələrin adından da göründüyü kimi oxucular bu kitablar vasitəsi ilə:
Dövlət sifarişi əsasında tələbə qəbulu nə deməkdir?
Hansı ixtisaslara dövlət sifarişi üzrə qəbul nəzərdə tutulur?
İxtisaslar üzrə dövlət sifarişli yerlərin sayı nə qədər proqnozlaşdırılır?
Keçid balı nədir? Keçid balı ilə müsabiqə şərti arasında nə kimi fərq var?
Keçid balları ilə tanışlıq sənə nə verə bilər?
Qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları ilə işləməyin üstünlüyü nədən ibarətdir?
Qəbul imtahanı proqramı nədir? Qəbul imtahanı proqramları ilə tanışlıq sənə nə verə bilər?
Seçdiyin ixtisas haqqında nə bilirsən? Seçdiyin ixtisasa hansı ali məktəbdə yiyələnə bilərsən?
Seçdiyin ixtisas üzrə ali məktəbdə sənə nələr və hansı peşə fənləri əsasında öyrədiləcək?
Təhsilini bitirəndən sonra harada, hansı sahə və istiqamətlərdə işləyə bilərsən?
Sən TQDK-nın elektron xidmətlərindən xəbərdarsanmı? Bu xidmətlərdən istifadə abituriyentə nə fayda verir?
2012-ci ildə tələbə qəbulunda hansı dəyişiklik və yeniliklər nəzərdə tutulur? 
və s.  bu kimi suallara cavab tapa biləcəklər.