Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Abituriyent N11

Zenbile elave et

“Abituriyent” jurnalının növbəti 11-ci sayı bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış gənclərə həsr edilmişdir. Bu nəşr bilik yarışı öncüllərinin ictimaiyyətə tanıdılması, təcrübəsinin öyrənilməsi və yayılması məqsədi daşıyır. Jurnalın bu sayı ən yüksək nəticəli tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə açılır. Burada 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy və təklifləri, gələcək  abituriyentlərə tövsiyələri, rekord nəticəli gənclərlə müsahibələr təqdim olunmuşdur. Həmçinin yüksək bal toplamış gənclərdən hər birinin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb haqqında məlumatlar, habelə ictimaiyyətin müxtəlif təbəqələrindən TQDK-ya daxil olan məktub, teleqram və müraciətlərdən nümunələr təqdim olunmuşdur.