Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Magistr N3

Zenbile elave et

Hörmətli bakalavrlar! Jurnalımızın bu xüsusi buraxılışında sizə ali təhsil müəssisələrinin magistraturalarına bütün ixtisaslaşmalar üzrə qəbul proqramlarını təqdim edirik. Proqramlar Azərbaycan və rus dillərində iki kitabçada nəşr edilib. Xüsusi buraxılışda magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli, bütün magistr ixtisaslaşmalar üzrə qəbul proqramları, magistraturaya qəbul imtahanında bakalavrların ixtisas üzrə suallara yazılı cavablarına qoyulan tələblər haqqında materiallar verilib.

Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə diqqətlə tanış olmalıdır. Bakalavrlar bu siyahı əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsi və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq ona seçim hüququ verən ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

"Magistr" xüsusi buraxılışının 4-cü sayında isə 2013/2014-cü tədris ili üçün magistraturaya qəbul aparılan ixtisaslaşmaların siyahısı, qəbul planları və digər zəruri materiallar dərc ediləcək.

Xatırladaq ki, "Magistr" xüsusi buraxılışının 2013-cü il 1-ci sayında magistratura səviyyəsinə qəbul qaydaları, həmçinin ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, 2-ci sayında isə qəbul elanı, ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dillər və informatika üzrə test tapşırığı nümunələri dərc olunub.

Jurnalları TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.