Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Magistr N4

Zenbile elave et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram seçimi və ixtisaslaşma seçimi haqqında elanı “Magistr” jurnalının 4-cü sayında çap etmişdir. Jurnalın bu sayında həmçinin qəbul proqramlarının seçilməsi və təsdiqi üçün təlimat, qəbul proqramının seçimi üçün elektron ərizə formasının nümunəsi, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunmuşdur.

Bakalavrların nəzərinə o da çatdırılır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı ayrılıqda deyil, bir jurnalda – Azərbaycan dilində dərc edilmişdir.

Jurnalları TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.