Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Abituriyent N3

Zenbile elave et

“Abituriyent” jurnalının 3-cü sayında 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı çap edilmişdir. Jurnalın bu sayında həmçinin müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurma qaydası, qəbul aparılan ixtisaslar, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu,  ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında  təhsil alacaq şəxs arasında müqavilə nümunəsi, qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması (apelyasiya) qaydaları təqdim olunmuşdur.

Bu nömrədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə və Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə tələbə qəbulu qaydaları, respublikanın və xarici ölkələrin ali təhsil müəssisələri haqqında informasiya-reklam məzmunlu materiallar da verilmişdir.

Jurnalda abituriyentlərə peşə-ixtisas seçimində kömək məqsədilə "Abituriyent" jurnalının məhsul katibi S.Nuriyev və BDU-nun magistrantı V.Hacıyevin "Peşə-ixtisas  seçimi həm də gələcək həyat yolunu seçmək deməkdir" məqaləsi təqdim olunmuşdur.

Jurnal iki dildə – Azərbaycan və rus dillərində dərc edilmişdir. 

Jurnalları TQDK-nın binası qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.