Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Abituriyent N6

Zenbile elave et

«Abituriyent» jurnalının 6-cı sayında ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı dərc olunmuşdur. Jurnalda həmçinin müsabiqə nəticələrinə görə alınmış uyğun keçid balları Azərbaycan və rus dillərində təqdim olunmuşdur.

Xatırladırıq ki, qəbul olan abituriyentlər tələb olunan sənədləri 2014-cü il iyulun 14-dən 24-dək təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcəkdir.

Qəbulun nəticələri dərc olunmuş jurnalı iyulun 12-dən ehtibarən TQDK-nın binası yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.