Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Magistr N4

Zenbile elave et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi haqqında elanı “Magistr” jurnalının 4-cü sayında çap etmişdir. Jurnalın bu sayında həmçinin ixtisaslaşma seçimi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi” formasının nümunəsi, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunmuşdur.

Bakalavrların nəzərinə o da çatdırılır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə ixtisaslaşma seçimi elanı və qəbul planı ayrılıqda deyil, bir jurnalda – Azərbaycan dilində dərc edilmişdir.

Jurnalı TQDK-nın iki ünvanda  yerləşən binalarının (1. M.Müşfiq, 1m (Qurd qapısının yanı);  2. A.Salamzadə, 28 (Asiya Universitetinin binası)) birinci mərtəbələrindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.