Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
Abituriyent jurnalinin online satish sistemi
Abituriyent N4

Zenbile elave et

“Abituriyent” jurnalının 4-cü sayı nəşr edilərək abituriyentlərin istifadəsinə verilib. Jurnalda aşağıdakı materiallar əksini tapıb:

  • 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan;
  • İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına tələbə qəbulu;
  • Qabiliyyət İmtahanı Komissiyaları üzrə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün müsabiqə şərtləri;
  • “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası;
  • Qəbul imtahanlarının keçiriləcəyi bölgə (imtahan) mərkəzləri haqqında məlumat;
  • Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları;
  • 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar;
  • 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu;
  • Ali təhsil müəssisələrinin siyahısı;
  • Ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında nümunəvi fərdi müqavilə;
  • M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu elanı;
  • Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elanı;
  • Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olmaq istəyən abituriyetlər üçün müsabiqə elanı.

Jurnalı TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.