Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Abituriyent N5

Zenbile elave et

TələbəQəbulu üzrəDövlət Komissiyası tərəfindən “Abituriyent” jurnalının 5-ci sayı nəşr edilmişdir. Jurnalda orta ixtisas təhsili müəssisələrinətam orta təhsil bazasında (11-illik) tələbəqəbulu müsabiqəsindəiştirak etmək üçün ixtisas seçimi elanı, xüsusi qabiliyyət tələb edən ixtisasların Qabiliyyət İmtahan Komissiyaları üzrəbölgüsü, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar vəs. məlumatlar əksini tapmışdır.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinətələbəqəbulu müsabiqəsi cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdəvəya xarici ölkələrdəbitirən abituriyentlər üçün isəiyulun 2-dəkeçirilmiş eyni məzmunlu qəbul imtahanının nəticələrinəəsasən aparılır. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinətələbəqəbulu müsabiqəsindəiştirak etmək üçün ixtisas seçimi avqustun 14-dən avqustun 19-dək internet vasitəsiləaparılacaq. Elektron ixtisas seçimi edib ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyəburaxılmayacaqlar .
Qeyd edək ki, tam (11- illik) orta təhsil bazasında kolleclərin müsabiqəsindəümumi balı 16-dan vəana dili, riyaziyyat fənlərinin hər biri üzrəminimal balı 8-dən az olmayan ( xarici dil vəya kimya fənni üzrənisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edəbilərlər.

Jurnalı TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən almaq vəya www.abiturient.az saytından sifariş etmək olar: 
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m; 
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadəküçəsi, 28.