Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
İnformatika

Zenbile elave et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “İnformatika” vəsaitin yenidən işlənmiş və təkmilləşdirilmiş nəşrini oxucuların istifadəsinə vermişdir. Vəsait tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilmişdir. İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə  bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcəkdir.

Kitab 13 fəsildən və hər birində 25 test tapşırığı olmaqla sınaq testləri blokundan ibarətdir. Bu test tapşırığı nümunələri magistraturaya qəbula hazırlaşanlara fəsillər üzrə mənimsəmə səviyyələrini yoxlamağa imkan yaradır. Vəsaitin sonunda "Sınaq testləri" bölməsində 10 variantda test tapşırıqları və onların düzgün cavabları da verilmişdir.

Vəsait aşağıdakı fəsillərdən ibarətdir:

1.  İNFORMATİKA VƏ ONUN ƏSAS ANLAYIŞLARI
2.  KOMPÜTER VƏ ONUN TEXNİKİ TƏMİNATI (HARDWARE)
3.  ALQORİTMLƏŞDİRMƏNİN ƏSASLARI
4.  PROQRAM TƏMİNATI (SOFTWARE) VƏ ONUN TƏSNİFATI
5.  ƏMƏLİYYAT  SİSTEMLƏRİ
6.  MICROSOFT WINDOWS 7 ƏMƏLİYYAT SİSTEMİ
7.  MICROSOFT  WORD 2010 MƏTN  PROSESSORU
8.  MICROSOFT  EXCEL  2010 CƏDVƏL  PROSESSORU
9.  MICROSOFT РОWЕRРОINT 2010  ELEKTRON TƏQDİMAT PROQRAMI
10. VERİLƏNLƏR BAZASI. MICROSOFT ACCESS 2010 VERİLƏNLƏR BAZASININ İDARƏETMƏ SİSTEMİ
11. KOMPÜTER QRAFİKASININ ƏSASLARI
12. KOMPÜTER ŞƏBƏKƏLƏRİ
13. İNTERNET QLOBAL ŞƏBƏKƏSİ

Vəsaiti kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.