Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Magistr N2

Zenbile elave et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası «Magistr» jurnalının 2-ci sayını çap etmişdir. Jurnalın bu sayında 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına tələbə qəbulu haqqında elan dərc olunmuşdur. Jurnalda həmçinin magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri də təqdim olunub. Eyni zamanda jurnalın bu sayında müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi də dərc edilib.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytında "TQDK-nın nəşrlərinin online sifariş ilə satışı" bölməsindən sifariş etmək olar.

Jurnalın elektron versiyasını isə (pdf formatında) www.abiturient.az saytında "TQDK-nın nəşrlərinin elektron versiyalarının online satışı" bölməsində sifariş etməklə əldə etmək mümkündür.