Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Абитуриент N4

Zenbile elave et

Jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilmişdir. Bu nömrədə həmçinin Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu qaydaları, Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunmuşdur. 
Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2016-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2017-ci il 2-ci nömrəsində dərc edilmişdir. 
Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: 
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; 
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m.