Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
Abituriyent jurnalinin online satish sistemi
Dövlət qulluğu N5

Zenbile elave et

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “DÖVLƏT QULLUĞU” jurnalının
5‑ci nömrəsini çap etmişdir.
Bu nömrədə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları”, “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlar üçün təlimat”, “Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üçün proqramlar”, “Dövlət orqanları üzrə inzibati vəzifələrə təyin olunmuş şəxslərin siyahısı (01.07.2018-ci il tarixə)” və digər zəruri məlumatlar dərc olunmuşdur.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m.
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.