Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Haqqımızda

Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı olan “Abituriyent” jurnalı abituriyentlər, yuxarı sinif şagirdləri və təhsil işçiləri üçün elmi-metodiki və informatik materialların çap olunduğu rəsmi müntəzəm nəşrdir. Jurnal Respublika Mətbuat və İnformasiya Nazirliyinin 18 fevral 1999-cu il tarixli, B171 saylı, Ədliyyə Nazirliyinin 16 sentyabr 1996-cı il tarixli, D 1567 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. 
Nəşr edildiyi müddətdə ictimaiyyətin artan maraq və tələbatına uyğun olaraq jurnalın tirajı da ilbəil artıb. Jurnal respublikada ən çox oxunan və istifadə olunan nəşrlərdən biridir. Əgər ilk illərdə jurnal, əsasən, respublikanın iri şəhərlərində və bölgə mərkəzlərində yayımlanırdısa, indi o, respublikanın bütün rayonlara çatdırılır.