Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Abituriyent jurnalinin online satish sistemi
Tədbirlər
9-cu Bakı Beynəlxalq Kitab Sərgisi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin tərəfdaşlığı ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilmişdir.
Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı “Abituriyent” jurnalı redaksiyası sərgidə iştirak edərək ziyarətçiləri DİM nəşrləri ilə tanış etmişdir. Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi tədris vəsaitləri, test topluları, siniflər üzrə qiymətləndirmə tapşırıqları kitabları ziyarətçilərin marağına səbəb olmuşdur.
Beş gün davam edən sərgi zamanı Abituriyent jurnalı stendində ziyarətçilərə otk.az portalının 5, 6, 7, 8-ci siniflər üçün dərc etdiyi sınaq sual kitabçaları hədiyyə edilmişdir.
9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi sərgidə fəal iştirakına görə Abituriyent jurnalı redaksiyasına sertifikat təqdim etmişdir.

13-cü Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisi
10-12 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil "Eduexpo" sərgisi keçirilmişdir. "Eduexpo" ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən yeganə sərgidir. Sərgi eləcə də Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənib. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" şirkəti çıxış edib.
Bu il "Təhsil" sərgisində dünyanın 22 ölkəsini təmsil edən 152 təhsil strukturu iştirak edib. Ölkə və regionun təhsil sahəsində irimiqyaslı beynəlxalq sərgi olan "Eduexpo"da məktəbəqədər hazırlıq, orta təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil, magistratura, MBA, aspirantura, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar, eləcə də dil kursları, yay məktəbləri, treyninqlər, dərsliklər və metodiki vəsaitlər, təhsil sahəsində yeni informasiya texnologiyaları, təhsil sektoru üçün avadanlıqlar kimi sektorlar üzrə məlumat və xidmətlər təqdim edilib.
Builki sərginin fərqləndirici xüsusiyyəti onun texnoloji istiqamətli olması idi. Belə ki, "Rusiyada təhsil" layihəsi təhsil sahəsində "VR" texnologiyaları sərgidə təqdim edib və "Laboratoriya işinin virtual reallıq formatında nümayişi (VR)" adlı təqdimat çərçivəsində məhsullar əyani şəkildə nümayiş edilib. Sərgidə debüt edən "leXsolar GmbH" şirkəti bərpa olunan enerji mənbələri ilə işləyən trenajor sistemlərini nümayiş edib. Sevindirici haldır ki, yerli layihəçilər tərəfindən təhsil sahəsində bir sıra yeni texnologiyalar təqdim olunub.
"Azərsu" ASC "Karyera" sərgisi çərçivəsində ziyarətçilərə mühəndis-texnoloq, SCADA mühəndisi, mexanik, energetik, eləcə də hidrologiya, avtomatika və metrologiya üzrə mütəxəssis və s. kimi mövcud vakansiyaları təqdim edib. 13-cü Azərbaycan Beynəlxalq "Təhsil və Karyera" sərgisində Dövlət İmtahan Mərkəzi, onun mətbu orqanı "Abituriyent" jurnalı və öz portalı (otk.az) vasitəsilə orta məktəb şagirdləri, abituriyentlər, magistrlər, rezidentlər, dövlət qulluğuna hazırlaşan namizədlər və müəllimlər üçün onlayn sınaq imtahanları keçirən "OTK" şirkəti birgə stend təşkil ediblər. Sərginin davam etdiyi 3 gün ərzində sərgi qonaqların maraqlandıran suallara ətraflı cavab verilib. Sərgidə "Abituriyent" jurnalının son illərdə, o cümlədən 2019-cu ildə çap olunmuş sayları, "Magistr" və "Rezidentura" xüsusi buraxılışları, tədris-metodiki vəsaitləri, elmi-statistik araşdırmalar və digər zəruri çap materialları nümayiş etdirilmişdir. Dövlət İmtahan Mərkəzi və otk.az portalı orta məktəb şagirdlərinə dəstək olaraq yeni sosial layihəsi ilə sərgi iştirakçılarında xüsusi maraq oyatmışlar. Belə ki, layihə çərçivəsində iştirakçılara 5 azn-lik hədiyyə kuponları təqdim edilmişdir. Hədiyyə kuponunu alan hər bir iştirakçı otk.az saytında qeydiyyatdan keçərək istənilən imtahana yazıla bilər.
Dövlət İmtahan Mərkəzi və "Abituriyent" jurnalı fəal iştiraklarına görə sərginin sertifikatlarına layiq görülmüşlər.

7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi
Oktyabr ayının 4-dən 6-dək “JW Marriott Absheron Baku” mehmanxanasında 7-ci Azərbaycan Beynəlxalq “Təhsil və Karyera” sərgisi keçirilmişdir. Bu ənənəvi sərgi Azərbaycanda təhsil xidmətləri, ixtisas seçimi üzrə bələdçilik və gənclərin məşğulluğu sahəsində həyata keçirilən ən böyük tədbirlərdən birinə çevrilmişdir. Sərgi Respublikanın Təhsil Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə təşkil olunur.
Bu il “Təhsil və Karyera” sərgisi dünyanın 18 ölkəsindən 108 iştirakçını bir araya gətirmişdir. Belarus, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İspaniya, Kanada, Litva, BƏƏ, Polşa, Rusiya, Ukrayna və Cənubi Koreyadan olan ali təhsil müəssisələri Azərbaycanda ən çox tələb olunan ixtisaslar üzrə 70-dən çox fakültəni, kurs və proqramı təqdim etmişdir. “Təhsil və Karyera” sərgisinin unikallığı gələcək peşə seçimi üçün əlverişli şərait yaratmaqla yanaşı, həm işəgötürənlərə, həm də iş axtaran insanlara real yardım göstərməsindədir. Bu il sərgidə telekommunikasiya, neft-qaz, energetika və bank işi sahələrində vakant iş yerləri təklif edən Azərbaycanın aparıcı şirkətləri, “Azercell”, “ВР”, “SOCAR-AQŞ”, “JTI” və “UniBank” kimi iri işəgötürən və “HRC” kimi isə işədüzəltmə sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak etmişdir.
Artıq 7 ildir ki, təhsil və karyera sərgisində ənənəvi olaraq TQDK və onun mətbu orqanı “Abituriyent” jurnalı da iştirak edir. Sərgidə “Abituriyent” jurnalının son illərdə çap olunmuş sayları, “Magistr” və “Rezidentura” xüsusi buraxılışları, TQDK-nın 20 illiyinə həsr olunmuş nəşrləri, tədris-metodiki vəsaitləri, gənclərə peşə seçimində yardımçı olan “Bakalavr ixtisasları” adlı xüsusi buraxılışlar, xüsusi qabiliyyət tələb edən ixtisaslara aid kitablar, elmi-statistik araşdırmalar və digər zəruri çap materialları nümayiş etdirilmişdir. Redaksiyanın təqdim etdiyi vəsaitlər həm rəsmi iştirakçıların, həm də tədbirə gələn qonaqların marağına səbəb olmuşdur. TQDK və “Abituriyent” jurnalının birgə hazırladığı bütün fənlər üzrə yeni test tapşırıqları kitabları sərgi iştirakçılarında xüsusi maraq oyatmışdır. Sərgi iştirakçılarına bildirilmişdir ki, bu vəsaitləri həm də www.abiturient.az saytında online satışda sifariş verməklə 30% güzəştlə əldə etmək olar.
Sərginin davam etdiyi 3 gün ərzində jurnalın nümayəndələri stend tamaşaçılarını maraqlandıran suallara ətraflı cavab vermişlər. Hər bir qonağa “Abituriyent”in nəşrləri haqqında geniş məlumatlar təqdim olunmuşdur. Sərgidə “Abituriyent” jurnalının bütün satış xidmətləri, o cümlədən internet-satış xidmətləri barəsində müfəssəl məlumat verilmişdir.
“Abituriyent” jurnalı fəal informasiya dəstəyinə görə sərginin sertifikatına layiq görülmüşdür. Tədbirin sonunda “Abituriyent”in də təmsil olunduğu bir qrup iştirakçıya fəaliyyətləri haqqında geniş məlumatlar toplanmış xüsusi kataloq hədiyyə edilmişdir.

III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
23-25 sentyabr 2013-cü il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmişdir.
Sərgidə 25-dən çox ölkədən 125 nəşriyyat evi öz məhsulunu təqdim etmişdir. Sərgi çərçivəsində 100-ə qədər təqdimat keçirilmişdir.
“Abituriyent” jurnalının redaksiyası da III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına öz nəşrləri ilə qatılmış və fəal iştirakına görə sərginin diplomuna layiq görülmüşdür.
“Abituriyent” jurnalı III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında aşağıdakı nəşrlərini nümayiş etdirmişdir:
1. “Abituriyent” jurnalı № 1-10, 2013
2. “Magistr” jurnalı № 1-7, 2013
3. “Rezidentura” jurnalı № 1-3, 2013
4. TQDK-nın yubiley nəşrləri
5. Tədris-metodiki dərs vəsaitləri
6. Siniflər üzrə bütün fənlərdən test topluları
7. Bakalavr ixtisasları (I, II, III və IV qruplar üzrə)
8. Xüsusi qabiliyyət tələb edən ixtisaslara aid kitablar:
– Təsviri sənət
– Teatr, kino və xoreoqrafiya sənəti
– Musiqi sənəti
– Memarlıq və dizayn
– Bədən tərbiyəsi və idman

“Abituriyent” jurnalı “Education and Career 2011” sərgisində
“Iteca Caspian LLC” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə bu il oktyabrın 6-8-də “Bakı Ekspo” sərgi mərkəzində “Education and Career 2011” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Təhsil və Karyera sərgisi keçirilmişdir. Tədbirdə təhsil xidmətləri, peşəyönümlü istiqamətləndirmə və gənclərin məşğulluğu sahəsində fəallığı ilə seçilən təhsil müəssisələri, nəşriyyatlar, şirkətlər və biznes strukturları iştirak etmişlər. “Education and Career 2011” sərgisi həyatda öz yerini tapmaq istəyən gənclərə uğurlu ixtisas seçimi edərək gələcək karyeralarına doğru düzgün addım atmalarına kömək edir, Azərbaycanda yeni nəsil sahibkarların formalaşmasını dəstəkləyir, bütövlükdə, ölkədə təhsilin səviyyəsinin yüksəlməsinə xidmət edir. Almaniya, Türkiyə, Yunanıstan, ABŞ, Kipr, BƏƏ, İsveçrə, Çexiya, Litva və başqa ölkələrin təhsil müəssisələri və təşkilatlarının da qatıldığı bu tədbirdə “Abituriyent” jurnalı redaksiyasının da təmsil olunması və bir çox maarifləndirici və özünütəhsil (müstəqil təhsil) vərdiş və bacarıqları aşılayan vəsaitləri ilə çıxış etməsi müsbət qarşılanmışdır. Təqdim edilən çap məhsullarımızla nəinki yerli qonaqlar, hətta xaricdən gələn universitet nümayəndələri də yaxından maraqlanmışlar.
Artıq 5 ildir ki, ənənəvi olaraq təşkil edilən təhsil və karyera sərgisində “Abituriyent” jurnalının son illərdə çap olunmuş sayları, “Magistr” və “Rezidentura” xüsusi buraxılışları, tədris-metodiki vəsaitləri, gənclərə peşə seçimində yardımçı olan “Bakalavr ixtisasları” adlı xüsusi buraxılışlar, xüsusi qabiliyyət tələb edən ixtisaslara aid kitablar, elmi-statistik araşdırmalar və digər zəruri çap materialları nümayiş etdirilmişdir. Redaksiyanın təqdim etdiyi vəsaitlər həm tədbirə gələn qonaqların, həm də iştirakçıların marağına səbəb olmuşdur.
TQDK və “Abituriyent” jurnalının birgə hazırladığı bütün fənlər üzrə yeni test tapşırıqları kitabları sərgi iştirakçılarında xüsusi maraq oyatmışdır. Hər bir iştirakçıya bildirilmişdir ki, bu nəşrlərdə ilk dəfə tətbiq olunan açıq tipli test tapşırıqları və onların cavablandırılma qaydası verilmişdir. Kitablar yeni tərtibatda – üz qabığı metal təbəqəli laminasiya plyonkada, içərisi göz yormayan kağızdadır, ekoloji cəhətdən təmiz və yüksək texnologiya ilə hazırlanmışdır. Sərgi iştirakçılarına o da bildirilmişdir ki, bu vəsaitləri həmdə www.abiturient.az saytında online satışda sifariş verməklə 30% güzəştlə əldə etmək olar.
Sərginin davam etdiyi 3 gün ərzində jurnalın nümayəndələri stend tamaşaçılarını maraqlandıran suallara ətraflı cavab vermişlər. Hər bir qonağa “Abituriyent”in nəşrləri haqqında geniş məlumatlar təqdim olunmuş, hazırlanmış video çarx nümayiş etdirilmişdir. Sərgidə “Abituriyent” jurnalının bütün satış xidmətləri, o cümlədən internet-satış xidmətləri barəsində geniş məlumat verilmişdir.
“Abituriyent” jurnalı fəal informasiya dəstəyinə görə sərginin sertifikatına layiq görülmüşdür. Tədbirin sonunda “Abituriyent”in də təmsil olunduğu bir qrup iştirakçıya fəaliyyətləri haqqında geniş məlumatlar toplanmış xüsusi kataloq hədiyyə edilmişdir.

“Abituriyent” II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının diplomunu qazanmışdır
Təşkilat komitəsi jurnalımızın fəal iştirakını yüksək qiymətləndirmişdir
2011-ci ilin sentyabrın 28-dən 30-na kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakının Əl Oyunları İdman Sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmişdir.
25 ölkəni əhatə edən tədbirdə 121 Azərbaycan, 135 beynəlxalq nəşriyyatın kitabları təqdim edilmişdir. Sərgi-yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdirilmişdir. “Abituriyent” jurnalının redaksiyası da II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına öz nəşrləri ilə qatılmış və fəal iştirakına görə sərginin diplomuna layiq görülmüşdür.

“Abituriyent” jurnalı II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında aşağıdakı nəşrlərini nümayiş etdirmişdir:
1. “Abituriyent” jurnalı № 1-10, 2011
2. “Magistr” jurnalı № 1-7, 2011
3. “Rezidentura” jurnalı № 1, 2011
4. Metodiki dərs vəsaitləri
5. Siniflər üzrə bütün fənlərdən test topluları
6. Bakalavr ixtisasları (I, II, III və IV qruplar üzrə)
7. Xüsusi qabiliyyət tələb edən ixtisaslara aid kitablar:
– Təsviri sənət
– Teatr, kino və xoreoqrafiya sənəti
– Musiqi sənəti
– Memarlıq və dizayn
– Bədən tərbiyəsi və idman
8. “Abituriyentin Bələdçisi” jurnalı

100-dən çox yerli, 20-dən çox xarici nəşriyyat-poliqrafiya müəssisəsi və kitabxanaların nümayəndələrinin iştirak etdiyi tədbir çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar keçirilmiş, Təşkilat Komitəsi tərəfindən sərgi-yarmarkada iştirak edən hər bir nəşriyyat-poliqrafiya evinə sertifikatlar təqdim olunmuşdur.