Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Rəy və təklifləriniz Əlaqə
intro-1
Hörmətli istifadəçilər!
“Abituriyent” jurnalı redaksiyasının ünvanının dəyişməsi ilə bağlı olaraq
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi 28 ünvanında yerləşən “Abituriyent” satış köşkü fəaliyyətini müvəqqəti dayandırıb. Bununla bağlı ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
Dövlət İmtahan Mərkəzinə məxsus nəşrləri kitab mağazalarından almaq və www.abiturient.az saytından sifariş etmək mümkündür.
Anlayışınız üçün sizə təşəkkür edirik.
ИСПРАВЛЕНИЕ к cборнику тестов
«Математика – I часть» для русского сектора
Из-за технической ошибки, произошедшей в типографии, где был заказан сборник тестов «Математика – I часть», в некоторых упражнениях на страницах 14, 20, 56, 80, 85, 134, 172, 173, 254, 255 и 275 знак минус (–) не был отображен (его место отображено пустым). Приносим читателям извинения за ошибку и представляем Вам задания, в которых не был отображен знак минус (–) в желтом фоне. Загрузите правильную версию
Bilik yarışının öncülləri
Respublikanın ali təhsil müəssisələrinə 600 və daha yüksək balla qəbul olmuş gənclər haqqında məlumat
2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gənclər üçün anket-sorğu
DİM nəşrlərinin PDF formatda satışı
Bank kartı vasitəsilə ödəniş etməklə jurnalın bütün sayları və xüsusi buraxılışlarının elektron versiyasını (pdf formatda) əldə etmək mümkündür.
DİM nəşrlərinin onlayn sifariş ilə satışı
Bank kartı vasitəsilə ödəniş etməklə jurnalın bütün sayları və xüsusi buraxılışlarını əldə etmək mümkündür. Bunun üçün istifadəçi almaq istədiyi nəşri seçib bank kartı vasitəsilə ödəniş edir. Sonra həmin nəşr poçt vasitəsilə 5 iş günü ərzində sifarişçinin ünvanına çatdırılır.
Baza fənləri üzrə test tapşırığı nümunələri və onların izahı

DövlətDövlət İmtahan Mərkəzi rezidenturaya hazırlaşanlara kömək məqsədi ilə 2011-2023-cü illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarında istifadə olunmuş test tapşırıqları əsasında “Baza fənləri üzrə test tapşırığı nümunələri və onların izahı” adlı vəsait nəşr etmişdir.
Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulsa da, ondan həmçinin tibb təhsili müəssisələrinin tələbələri, eləcə də baza fənlərini tədris edən müəllimlər də istifadə edə bilərlər.
Kitabı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Fransızca-Azərbaycanca LÜĞƏT

Dövlət İmtahan Mərkəzi “Fransızca-Azərbaycanca lüğət” çap etmişdir.
Lüğət şifahi nitq vərdişlərinin mənimsənilməsinin, dilin bir ünsiyyət vasitəsi kimi öyrənilməsinin zəruriliyini əsas tutaraq, danışıq leksikasını əhatə etməyə yönəlmişdir. Bu məqsədlə lüğətə 10 000-dən çox söz, söz birləşməsi, feillərin təsrif cədvəli, coğrafi adlar və s. daxil edilmişdir.
Lüğət şagirdlər, qəbul imtahanına hazırlaşan abituriyentlər və müəllimlər üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı, lüğətdən fransız dili öyrənən və onunla maraqlanan hər kəs istifdə edə bilər.
Lüğəti kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı (ADSİ) üçün metodik vəsait

Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan dili üzrə Sertifikasiya İmtahanı (ADSİ) üçün metodik vəsait dərc edilmişdir.
Metodik vəsait Azərbaycan dilinin səviyyələr üzrə imtahanına hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur. Vəsaitə imtahanla əlaqədar tərtib olunmuş “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram, yeni imtahan modelinin tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilmişdir. Metodik vəsaitdə istifadə olunmuş materiallar ölkəmizin aparıcı ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilmiş, onların rəy və tövsiyələri nəzərə alınmaqla, dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılmışdır.
Metodik vəsaiti kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Rezidentura N2

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbul elan etmişdir. Qəbul elanının tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində “Rezidentura” jurnalının 2-ci sayında təqdim edilmişdir.
Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
“Doktorantura” xüsusi buraxılışı

Dövlət İmtahan Mərkəzi tərəfindən xarici dillər üzrə doktorantura və dissertantura səviyyəsində keçirilən imtahanlara hazırlaşanlar üçün “Doktorantura” adlı metodik vəsait dərc edilmişdir.
Metodik vəsait doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə keçirilən imtahanlara (qəbul və fəlsəfə doktoru) hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur. Vəsaitə imtahanla əlaqədar qaydalar, proqramlar, tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilmişdir. Metodik vəsaitdə istifadə olunmuş materiallar Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə Sindikatının, həmçinin ölkəmizin aparıcı ali təhsil müəssisələrinin mütəxəssisləri tərəfindən nəzərdən keçirilmiş, onların rəy və tövsiyələri nəzərə alınmışdır.
Xüsusi buraxılışı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Məntiqi təfəkkürü yoxlayan testlər

Dövlət İmtahan Mərkəzi “Məntiqi təfəkkürü yoxlayan testlər” adlı vəsaitin yeni nəşrini çap etmişdir.
“Məntiqi təfəkkürü yoxlayan testlər” vəsaiti ali təhsilin magistratura səviyyəsinə və vakant iş yerlərinə qəbul imtahanlarına hazırlaşanlar üçün tərtib edilmişdir. Vəsait ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə qəbul imtahanı proqramına uyğun hazırlanmışdır. Vəsaitdə test tapşırıqları üç bölmədən ibarətdir: sözlə bağlı (verbal), fiqurla bağlı, məntiqi-riyazi. Sonda ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini yoxlayan on dörd test tapşırığı bloku və vəsaitdəki bütün tapşırıqların izahlı cavabları təqdim olunmuşdur.
Kitabı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Abituriyent N2

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2 ci nömrəsini çap etmişdir. Bu nömrədə 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri dərc edilmişdir.
Bu nömrədə həmçinin
- BƏZİ TEST TAPŞIRIQLARININ İZAHI VƏ TÖVSİYƏLƏR
- ABİTURİYENTLƏR ÜÇÜN ELMİ-METODİKİ MƏQALƏ
TARİX FƏNNİNDƏN “2023-cü il 19-20 sentyabrda Azərbaycan ordusunun Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri”
- 2023-cü ilin TƏLƏBƏ QƏBULU MÜSABİQƏSİNDƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İXTISASLARI ÜZRƏ FORMALAŞMIŞ KEÇİD BALLARI
və digər zəruri materiallar təqdim olunmuşdur.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunmuşdur.
Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Abituriyent N1

Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunmuşdur.
Jurnalda dərc edilmiş tapşırıq nümunələri abituriyentlərin öyrəndiklərini yoxlaya bilmələri və idraki bacarıqlarını inkişaf etdirmələri üçün təqdim olunmuşdur. Qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların hər birinin sonunda müvafiq tapşırığı yerinə yetirmək üçün yer ayrılmışdır.
Jurnalda tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilmişdir.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunmuşdur.
Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə xüsusi buraxılış

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, hər iki mərhələ üzrə tapşırıq nümunələri və qiymətləndirmə meyarları, ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) modelini dərc etmişdir.
Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilmiş, www.abiturient.az saytında müvafiq audiofayllar yer¬ləşdirilmişdir. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Jurnalları kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının xüsusi buraxılışında qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarını və balların hesablanma qaydasını dərc etmişdir.
Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilmiş, www.abiturient.az saytında müvafiq audiofayllar yer¬ləşdirilmişdir. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Jurnalları kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Magistr N2

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün magistraturaya qəbul elan etmişdir. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc edilmişdir.
Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilmiş, DİM-in saytında isə müvafiq audiofayllar yer¬ləşdirilmişdir. Hər bir fənn üzrə jurnalda verilən QR kodu skan etməklə müvafiq audiofayl yerləşdirilmiş səhifəyə birbaşa keçid edə bilər və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərsiniz.
Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Magistr N1

Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1 ci nömrəsini nəşr etmişdir. Jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap etmişdir.
Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
HİSTOLOGİYA (sitologiya, embriologiya, ümumi və xüsusi histologiya)

Vəsait Azərbaycan Tibb Universitetinin tədris proqramı və DİM-in rezidenturaya qəbul proqramına müvafiq olaraq hazırlanmışdır. Vəsait 3 hissədən ibarətdir: sitologiya, embriologiya və histologiya. Kitabda sitologiyanın (hüceyrənin quruluşu və hüceyrə tsikli), embriologiyanın (cinsi hüceyrələrin quruluşu və inkişafı – progenez, embrionun quruluşu və inkişafı – embriogenez), ümumi və xüsusi histologiyanın əsas məsələlərindən ətraflı bəhs edilmişdir. İstifadə olunmuş bütün terminlər Beynəlxalq Histoloji Nomenklaturaya uyğun verilmişdir.
Vəsait rezidenturaya hazırlaşanlar üçün nəzərdə tutulsa da, ondan əsas (baza ali) tibb təhsili müəssisələrinin tələbələri, dissertantlar, doktorantlar və həkimlər də istifadə edə bilər.
Vəsaiti kitab mağazalarından almaq və www.abiturient.az saytından sifariş etmək mümkündür.
Boş qalan yerlərə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulunun nəticələri

Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini dərc etmişdir.
"Abituriyent" jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunmuşdur./br> Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Abituriyent N11

Jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunmuşdur.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Jurnalın elektron versiyasını (pdf formatında) sentyabrın 29-u saat 10:00-dan etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/
TEST TOPLULARI 2023
















Bu toplulara DİM (əvvəlki TQDK) tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda istifadə olunmuş, habelə "Abituriyent" jurnalının ayrı-ayrı saylarında dərc edilmiş test modelləri daxildir. Toplulara 2015-2023-cü illərdə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunmuş testlər də daxil edilmişdir. Tapşırıqların 25 faizi isə heç bir imtahanda istifadə olunmamışdır. Onların müəyyən hissəsi yeni tipli olmaqla test bankındakı tapşırıqların əsas modellərini əhatə edir və bu tapşırıqların gələcəkdə imtahanlara düşməsi istisna olunmur.
Materialların həcminin genişliyi nəzərə alınaraq toplular 2 hissədə tərtib edilib. Hər hissənin sonunda tapşırıqların düzgün cavablarının dərc edilməsində məqsəd şagird və abituriyentlərə testlərlə müstəqil, repetitor köməyinə müraciət etmədən işləmək imkanının yaradılmasıdır.
Abituriyent N7

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr etmişdir.

Bu nömrədə 2023/2024-cü tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunmuşdur.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq mümkündür.

Jurnalın elektron versiyasını isə (pdf formatda) sentyabrın 4-ü saat 12:00-dan etibarən DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/
Abituriyent N5

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 5-ci nömrəsini nəşr etmişdir.

Jurnalda 2023/2024-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapmışdır.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

“Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2022-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” “Abituriyent” jurnalının 2022-ci il 10-cu nömrəsində dərc edilib.

Jurnalın elektron versiyasını isə (pdf formatda) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
Abituriyent N6

Dövlət İmtahan mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr etmişdir.

Bu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsininbütün qrupları isə bir jurnalda) çap olunmuşdur. Bu nömrədə eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilmişdir.

Jurnalları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq mümkündür.

Jurnalların elektron versiyasını (pdf formatda) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/
İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib. “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

Kitabçaları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Magistr N6

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 6-cı nömrəsini nəşr etmişdir.
Jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrin elektron ərizəsi"ndə ixtisaslaşma seçimi formasının nümunəsi, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunmuşdur.
Bakalavrların nəzərinə çatdırırıq ki, jurnalın bu nömrəsi, həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilmişdir.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq mümkündür.
Jurnalın elektron versiyasını isə (pdf formatda) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
Abituriyent N4

Dövlət İmtahan Mərkəzi «Abituriyent» jurnalının 4-cü nömrəsini nəşr etmişdir.

Jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilmişdir. Bu nömrədə həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına tələbə qəbulu elanı və digər zəruri materiallar təqdim olunmuşdur.

Jurnalları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib. “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar dərc edilib.

Nəzərinizə çatdırırıq ki, I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar növbəti həftə (bu ixtisas qrupları üzrə imtahanın nəticəsi ilə bağlı apellyasiya prosesi başa çatdıqdan sonra) nəşr ediləcək.

Kitabçaları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2022-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış KEÇİD BALLARI

Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar. "Abituriyent" jurnalının bu xüsusi buraxılışında "Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2022-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları"nı dərc edilmişdir.
Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Abituriyent №3

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 3-cü nömrəsini çap etmişdir. Bu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunmuşdur.
Jurnalları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Rezidentura №3

Dövlət İmtahan Mərkəzi "Rezidentura" xüsusi buraxılışının 3-cü nömrəsini nəşr etmişdir. Jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi və ixtisas seçimi haqqında elan, "Namizədin elektron ərizəsi"ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilmişdir.
Bu nömrədə həmçinin rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr, 2022-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları da təqdim olunmuşdur.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Magistr №5

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 5-ci nömrəsini nəşr etmişdir. Jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunmuşdur.
Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).
Magistr №4

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 4-cü nömrəsini nəşr etmişdir.
Jurnalın bu nömrəsində 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul üçün ixtisaslaşma seçimi haqqında elan dərc edilmişdir. Bu nömrədə həmçinin "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün tәlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunmuşdur.
Bakalavrların nəzərinə çatdırırıq ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilmişdir.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Jurnalın elektron versiyasını (pdf formatında) 5 iyul 2023-cü il tarixindən DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
Magistr №3

Jurnalın bu nömrəsində "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" təqdim olunub.
Jurnalda həmçinin ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə qabiliyyət imtahanları üçün 44, 68, 69 və 70 nömrəli proqramları və 2023/2024-cü tədris ili üçün M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasına qəbul elanı da dərc edilib.
«Magistr» jurnalının 3-cü nömrəsinin elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).
Xüsusi qabiliyyət imtahanları

Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün "Abituriyent" jurnalının xüsusi buraxılışı olan vəsaitləri çap etmişdir. Vəsaitlərdə xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, onların hansı ali təhsil müəssisələrində olması haqqında məlumatlar, qabiliyyət imtahanı proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, tapşırıq nümunələri, reproduksiyalar, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin imtahana səmərəli hazırlaşmaları üçün vacib materiallar əksini tapmışdır.
Xüsusi qabiliyyət tələb edən ixtisaslara dair materiallar istiqamətlərinə uyğun olaraq 5 kitabçada təqdim edilmişdir:
1. Təsviri sənət və Memarlıq
2. Musiqi sənəti
3. Jurnalistika • İslamşünaslıq
4. Teatr, kino və xoreoqrafiya sənətləri
5. Bədən tərbiyəsi və idman
Vəsaitləri "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək, həmçinin "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
Rezidentura №2

Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün rezidenturaya qəbul elan etmişdir. Qəbul elanının tam mətni, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, rezidenturaya ərizə verən namizəd üçün təlimat, "Namizədin elektron ərizəsi"nin doldurulma qaydası, onun nümunəsi, rezidenturaya ixtisas fənləri üzrə qəbul imtahanı proqramları, test tapşırığı nümunələri və digər materiallar Azərbaycan və rus dillərində "Rezidentura" jurnalının 2-ci sayında təqdim edilmişdir.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Peşəkar mühasib

Metodik vəsait peşəkar mühasib sertifikatı (PMS) verilməsi üçün keçirilən test imtahanına (I və II mərhələ) hazırlaşanlar və ictimaiyyətin bu sahə ilə maraqlanan təbəqəsi üçün nəzərdə tutulmuşdur. Vəsaitə bu sahə ilə əlaqədar qanunvericilik aktları, imtahan proqramları, imtahanın hər iki mərhələsinə aid tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilmişdir.
Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Patoloji fiziologiya

Vəsait patoloji fiziologiya fənni üzrə Azərbaycan Tibb Universitetinin tədris proqramı və DİM-in rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanmışdır. Vəsait 2 hissədən ibarətdir: ümumi və klinik (xüsusi) patofiziologiya. Ümumi patofiziologiya ümumi nozologiya və tipik patoloji proseslər adlanan iki şöbəni özündə birləşdirir. Klinik patofiziologiyada isə ayrı-ayrı orqan və sistemlərin patofiziologiyası, eləcə də xəstəliklərin və mühüm patoloji proseslərin inkişafının patogenetik mexanizmləri haqqında məlumat verilmişdir. Vəsait patofiziologiya üzrə müasir məlumatlarla zənginləşdirilmişdir, 196 illüstrasiyadan və 45 cədvəldən ibarətdir. Dərs vəsaiti tibb universitetinin tələbələri, rezidenturaya daxil olmaq istəyən namizədlər və həkimlər üçün nəzərdə tutulmuşdur.
Kitabı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Abituriyent №2

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 2 ci nömrəsini çap etmişdir. Bu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri dərc edilmişdir.
Bu nömrədə həmçinin
- BƏZİ TEST TAPŞIRIQLARININ İZAHI VƏ TÖVSİYƏLƏR
- ABİTURİYENTLƏR ÜÇÜN ELMİ-METODİKİ MƏQALƏLƏR
1. TARİX FƏNNİNDƏN "Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)"
2. COĞRAFİYA FƏNNİNDƏN "Azərbaycanın iqtisadi rayonları"
- 2022-ci ilin TƏLƏBƏ QƏBULU MÜSABİQƏSİNDƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İXTISASLARI ÜZRƏ FORMALAŞMIŞ KEÇİD BALLARI və digər zəruri materiallar təqdim olunmuşdur.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunmuşdur.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Bioloji kimya

Vəsait Azərbaycan Tibb Universitetinin bioloji kimya fənni üzrə tədris proqramı və DİM-in rezidenturaya qəbul imtahanı proqramı əsasında hazırlanmışdır. Vəsait tərtib olunarkən elmin müasir nailiyyətlərindən istifadə edilmiş, tədris prosesində qarşıya çıxan konkret problemlərə daha çox diqqət yetirilmişdir. Vəsait rezidenturaya qəbul imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuşdur. Vəsaitdən həmçinin Azərbaycan Tibb Universitetinin, eləcə də tibb təhsili verən digər tədris müəssisələrinin tələbələri, bioloji kimya fənnini tədris edən müəllimlər istifadə edə bilərlər. Bu kitab bioloji kimya fənninə maraq göstərən hər bir şəxs üçün faydalı ola bilər.
Kitabı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Abituriyent №1

Jurnalın bu nömrəsində ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar dərc olunmuşdur.
Jurnalda dərc edilmiş tapşırıq nümunələri abituriyentlərin öyrəndiklərini yoxlaya bilmələri və idraki bacarıqlarını inkişaf etdirmələri üçün təqdim olunmuşdur. Qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların hər birinin sonunda müvafiq tapşırığı yerinə yetirmək üçün yer ayrılmışdır.
Jurnalda tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilmişdir.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunmuşdur.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Rezidentura №1

Dövlət İmtahan Mərkəzi "Rezidentura" xüsusi buraxılışının 1-ci nömrəsini çap etmişdir. Bu nömrədə Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seşimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlaının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunmuşdur.
Kitabları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Magistr №2

Dövlət İmtahan Mərkəzi 2023/2024-cü tədris ili üçün magistraturaya qəbul elan etmişdir. Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, "Şəxsi kabinet"in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, "Bakalavrın elektron ərizəsi" formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri "Magistr" jurnalının 2-ci sayında dərc edilmişdir.
Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilmiş, DİM-in saytında isə müvafiq audiofayllar yer¬ləşdirilmişdir. Hər bir fənn üzrə jurnalda verilən QR kodu skan etməklə müvafiq audiofayl yerləşdirilmiş səhifəyə birbaşa keçid edə bilər və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərsiniz.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Magistr №1

Dövlət İmtahan Mərkəzi "Magistr" xüsusi buraxılışının 1 ci nömrəsini nəşr etmişdir. Jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap etmişdir.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. (DİM-in binası)), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
İnformatika

İmtahanlara hazırlaşanlara elmi-metodiki kömək DİM-in fəaliyyətinin mühüm istiqamət¬lərindəndir. Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş "İnformatika" vəsaiti də bu istiqamət üzrə görülən işlərin davamıdır. Vəsaitdə qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub. Burada nəzəri materialla bərabər, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları və bölmənin sonunda isə yekunlaşdırıcı tapşırıqlar verilib.
Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.
DİQQƏT – SAXTA NƏŞR !!!
Son vaxtlar müəyyən qüvvələr DİM-in müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və test toplularını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar.
Saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır.
Belə üsulla hazırlanmış saxta nəşrlərdən biri də şəkildə təqdim olunan 2015-ci ildə nəşr edilmiş "Test toplusu 1994-2015" seriyasından Azərbaycan dili fənni üzrə test toplusunun II hissəsidir. Bu saxta nəşrin üzlüyündə belə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adı düzgün yazılmamışdır.
Nəzərinizə çatdırırıq ki, bu cür saxta nəşrlərin məzmununa görə DİM məsuliyyət daşımır.
DİM–in nəşrlərini qeyri-qanuni yollarla çap etdirənlərə qarşı mübarizə aparılır
Son vaxtlar müəyyən qüvvələr DİM-in müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar.
İndiyədək saxta nəşrlərin satışının qarşısının alınmasında vergi işçiləri tərəfindən xeyli operativ tədbirlər görülsə də, təəssüf ki, saxta nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb.
Qeyd edək ki, saxta çap məhsullarının ekspertizası onlarda çox ciddi elmi, texniki, çap qüsurları və digər zərərli cəhətlərin olduğunu göstərir.
Saxta nəşrlər hazırlanarkən mövcud poliqrafiya normaları gözlənilmədiyindən və ya materiallar əsl nüsxələrin üzündən skaner üsulu ilə götürüldüyündən çapın keyfiyyəti itir, bu da nəticə etibarı ilə istifadəçilərin görmə qabiliyyətinə zərər vurur.
Çap işləri kustar mətbəələrdə kustar üsullarla aparıldığına, burada gigiyenik normalar gözlənilmədiyinə və çap zamanı ekoloji cəhətdən keyfiyyətsiz, zərərli boya və kağızlardan istifadə edildiyinə görə hazırlanan çap məhsulları onlardan istifadə edənlərin sağlamlığına mənfi təsir göstərir.
Saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır.
Bir çox hallarda saxta çap məhsulları hazırlanarkən DİM-in buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu da onlardan istifadə edənləri çaşdırır, özləri istəmədən belə onların hazırlıq prosesində, təlimində səhvlərin yer almasına səbəb olur.
Bununla əlaqədar olaraq qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün DİM tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur.
Hörmətli oxucular, saxta jurnal və nəşrlər almayın!!!