Nəşr satışı yoxdur / 3 AZN (PDF)

Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 5-ci nömrəsini təqdim edib.

Jurnalın bu nömrəsində 2025/2026-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc edilib.

«Magistr» jurnalının 5-ci nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal