
Magistr N6
6 AZN (onlayn) / 3 AZN (PDF)
Mündəricat faylı- Magistr_N6_2025_mun.pdf
Dövlət İmtahan Mərkəzi «Magistr» jurnalının 6-cı nömrəsini nəşr edib.
Jurnalın bu nömrəsində 2025/2026-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar dərc edilib..
Bakalavrların nəzərinə çatdırırıq ki, jurnalın bu nömrəsi, həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində təqdim edilib.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayou, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
Jurnalının elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
- Ad: Magistr N6
- Kateqoriya: “Magistr” jurnalı