7 AZN (onlayn)

Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent” jurnalının 2-ci nömrəsini nəşr edib.

Jurnalın bu nömrəsində 2025-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı, tövsiyələr, imtahanda uğur qazanmaq istəyənlər üçün psixoloq məsləhətləri Azərbaycan və rus dillərində dərc edilib.

Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M