Doktorantura - 2026
10 AZN
Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə doktorantura səviyyəsində keçirilən imtahanlara, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına hazırlaşanlar üçün “Doktorantura” adlı metodik vəsait dərc edib.
Vəsaitə imtahanla əlaqədar qaydalar, proqramlar, tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib. Metodik vəsaitdə istifadə olunmuş materiallar dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) müvafiq səviyyəsinə uyğunlaşdırılaraq hazırlanıb.
Vəsaiti DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt
- Ad: Doktorantura - 2026
- Kateqoriya: Vəsaitlər