4 AZN 2 AZN (PDF)

Mündəricat faylı- Abituriyent_N3_2026_mun.pdf

Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 3-cü nömrəsini nəşr edib.

 "Abituriyent" jurnalının 3-cü nömrəsində 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar dərc edilib.

 Jurnal Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün bir dildə - Azərbaycan dilində nəşr edilib. Həm Azərbaycan, həm də rus bölməsinin abituriyentləri bu jurnal əsasında seçim edirlər. Jurnalda “Azərbaycan bölməsi”, “rus bölməsi” və “Azərbaycan və rus bölmələri üzrə birgə” qəbul aparılan ixtisaslar təqdim edilib.

Jurnalı DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt