8 AZN 4 AZN (PDF)

Mündəricat faylı- Abituriyent_N4_2026_mun.pdf

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib. Jurnalda 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, müsabiqə şərtləri, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu dərc edilib. Jurnalda müvafiq ixtisaslarla bağlı vacib qeydlərlə mütləq tanış olaraq seçiminizi edə bilərsiniz. Jurnalı DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.

“Abituriyent” jurnalının 2026-cı il 4-cü nömrəsinə düzəliş

V ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanı tələb edən “Dizayn (sahələr üzrə)” ixtisas kodlarının qarşısında, texniki səbəblərdən səhvən qeyd olunmuş iki ulduz (**) işarəsi bir ulduz (*) kimi nəzərə alınmalıdır. 
Bundan əlavə, Lənkəran Dövlət Universitetinin 151672 kodlu Dizayn (interyer dizaynı, qrafik dizayn, sənaye dizaynı) ixtisasını seçmək üçün qabiliyyət imtahanında iştirak etmək tələb olunmur.
Xatırladaq ki, "Abituriyent" 4 jurnalını DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://abiturient.az/wolt
Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında əldə etmək olar.