Azərbaycan dili (imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait)
14 AZN (onlayn)
Dövlət İmtahan Mərkəzi qəbul və buraxılış imtahanlarına hazırlaşanlara elmi-metodik kömək üçün fənn kurikulumunun tələblərinə uyğun hazırlanmış Azərbaycan dili vəsaitini nəşr edib.
Təqdim olunan bu vəsait Azərbaycan dili fənni üzrə təhsil proqramının (kurikulum) məzmun standartlarının tələblərinə tam uyğundur. Vəsait bu bölmələrdən ibarətdir: “Dinləyib-anlama və danışma”, “Oxu və yazı”, “Fonetika”, “Leksikologiya”, “Sözün tərkibi”, “Söz yaradıcılığı”, “Morfologiya”, “Sintaksis”, “Dil və yazı”, “Azərbaycan ədəbi dilinin normaları”, “Üslubiyyat”, “Durğu işarələri”, “Xülasə. Tezis”.
Vəsaitdə hər bir bölməyə aid mövzuların sonunda həmin mövzu üzrə bilik və bacarıqların müstəqil yoxlanması üçün 6 və hər bir bölmənin sonunda 10 ümumiləşdirici tapşırıq verilib. Həmçinin bölmənin sonunda mətn və ona aid cavabı yazı ilə ifadə olunan 3 tapşırıq da təqdim edilib. Bu tapşırıqlar qəbul imtahanlarına hazırlaşanlara yiyələndikləri bilik və bacarıqları inkişaf etdirməkdə kömək edəcək.
Vəsaiti “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
- Ad: Azərbaycan dili (imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait)
- Kateqoriya: Metodiki vəsaitlər