English (пособие для готовящихся к экзаменам, а также для учащихся старших классов и преподавателей)
16 AZN (onlayn)
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarına hazırlaşanlara elmi-metodik kömək üçün fənn kurikulumunun tələblərinə uyğun hazırlanmış ingilis dili vəsaitini nəşr edib.
Təqdim olunan vəsait fənn üzrə məzmun standartlarına uyğun olaraq, “Listening Comprehension”, “Reading”, “Phonetics”, “Morphology”, “Syntax” bölmələrindən ibarətdir.
Bu vəsaitdə mətn əsasında tapşırıqlar da təqdim olunub ki, bunlar da biliklərin qazanılmasında və bacarıqların formalaşdırılmasında böyük rol oynayır. Belə tapşırıqlar fənn kurrikulumunun təlim nəticələrinin yoxlanılmasına və qiymətləndirilməsinə daha yaxşı imkan verir. Mətn əsasında tərtib olunmuş tapşırıqların daha bir üstün cəhəti müxtəlif məzmun xətlərinə aid alt standartların birgə yoxlanıla bilməsidir.
Vəsaitin sonunda orta məktəb kursunda istifadə edilən əlavə materiallar da dərc edilib.
Qeyd etmək lazımdır ki, hər bölmədə nəzəri materiallar yığcam və sadə şəkildə təqdim edilib.
Vəsaiti “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
- Ad: English (пособие для готовящихся к экзаменам, а также для учащихся старших классов и преподавателей)
- Kateqoriya: Metodiki vəsaitlər