Magistr N2
7 AZN (onlayn) / 3.5 AZN (PDF)
Mündəricat faylı- Magistr_N2_2026_mun.pdf
Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün magistraturaya qəbul elan edib. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, müsabiqə şərtləri, magistraturaya ərizə verən bakalavrlar üçün təlimat, magistratura səviyyəsinə qəbula hazırlaşanlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri “Magistr” jurnalının 2-ci sayında dərc edilib.
Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri təqdim edilib. Hər bir fənn üzrə jurnalda verilən QR kodu skan etməklə müvafiq audiofayla birbaşa keçid edə bilər və bu audiofaylı dinləməklə dərc edilən tapşırıqları yerinə yetirə bilərsiniz.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal
- Ad: Magistr N2
- Kateqoriya: “Magistr” jurnalı