Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün xüsusi buraxılış
6 AZN (onlayn)
Dövlət İmtahan Mərkəzi qəbul imtahanının birinci mərhələsi və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını nəşr edib.
Bu jurnalda qəbul imtahanının I mərhələsi və tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və balların hesablanma qaydası dərc edilib.
Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib, www.abiturient.az saytında müvafiq audiofayllar yerləşdirilib. Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib dinləməklə jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
- Ad: Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün xüsusi buraxılış
- Kateqoriya: Xüsusi buraxılışlar