Абитуриент N4
Nəşr satışı yoxdur / 2 AZN (PDF)
Mündəricat faylı- Abituriyent_N4_rus_2015_mun.pdf
“Abituriyent” jurnalının 4-cü sayı nəşr edilərək abituriyentlərin istifadəsinə verilib. Jurnalda aşağıdakı materiallar əksini tapıb:
- 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi haqqında elan;
 - İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına tələbə qəbulu;
 - Qabiliyyət İmtahanı Komissiyaları üzrə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün müsabiqə şərtləri;
 - “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası;
 - Qəbul imtahanlarının keçiriləcəyi bölgə (imtahan) mərkəzləri haqqında məlumat;
 - Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması qaydaları;
 - 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar;
 - 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu;
 - Ali təhsil müəssisələrinin siyahısı;
 - Ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında nümunəvi fərdi müqavilə;
 - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu elanı;
 - Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elanı;
 - Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olmaq istəyən abituriyetlər üçün müsabiqə elanı.
 
Jurnalı TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
- Ad: Абитуриент N4
 - Kateqoriya: “Abituriyent” jurnalı