Abituriyent jurnalinin online satish sistemi
Zenbile elave et
Ana səhifə Haqqımızda Tədbirlər Jurnallar və nəşrlər Xəbərlər Əlaqə
Abituriyent jurnalinin online satish sistemi
TQDK-nın nəşrlərinin onlayn satışı
Siz kredit kart vasitəsi ilə ödəniş etməklə TQDK-nın nəşrlərinin ünvanınıza çatdırılmasını sifariş edə bilərsiniz.
TQDK-nın nəşrlərinin elektron satışı
Siz kredit kartı vasitəsilə TQDK-nın nəşrlərinin elektron versiyalarını əldə edə bilərsiniz.
Məntiq testləri

“Məntiq testləri” vəsaiti magistraturaya və vakant iş yerlərinə qəbul imtahanına hazırlaşanlara, abituriyentlər və müvafiq sahənin mütəxəssislərinə kömək məqsədi ilə hazırlanmışdır.
Vəsait iki hissədən və əlavədən ibarətdir. Birinci hissədə məntiqi təfəkkürü yoxlayan test tapşırıqları, ikinci hissədə onların izahlı cavabları, əlavədə isə imtahana hazırlığa dair mütəxəssis məsləhətləri verilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən Psixometriya üzrə elmi-metodiki seminar tərəfindən çapa tövsiyə olunmuşdur.
Vəsaiti TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
"Magistr" № 1

«Maqistr» jurnalının 1-ci sayında 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin maqistraturalarına qəbul qaydaları dərc olunmuşdur. Bununla bərabər, jurnalda məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları və açıq test tapşırığı nümunələri də Azərbaycan və rus dillərində təqdim edilmişdir.
Jurnalı TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
"Abituriyent" № 12

“Abituriyent” jurnalının 12-ci sayında 2011/2012-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinə dair elmi-statistik materialları çap edilmişdir. Burada tələbə qəbulunun müxtəlif parametrlər üzrə göstəriciləri – ixtisaslar üzrə qəbul aparılan yerlərin sayı, sənəd verən gənclərin ümumi sayı, onların ixtisas qrupları üzrə paylanması, müsabiqə vəziyyəti, imtahanların nəticələri, ali təhsil müəssisələrinin reytinqi, yüksək nəticəli rayonların və məktəblərin təcrübəsi və s. məsələlər təhlil edilmiş, təklif və tövsiyələr irəli sürülmüşdür.
Русский язык (для азербайджанского сектора)

TQDK və “Abituriyent” jurnalının birgə hazırladığı fənlər üzrə test tapşırıqları silsiləsindən olan VII sinif üçün “Русский язык (для азербайджанского сектора)” ilk dəfə çap olunmuşdur.
Test kitabı tədris olunan mövzular üzrə abituriyentlərin biliyinin dərinləşdirilməsinə, idrak qabiliyyətinin inkişafına, proqram materiallarını mənimsəmə səviyyəsinin yoxlanılmasına və testlərlə işləmək vərdişlərinin artırılmasına kömək məqsədi daşıyır.
Test kitabı qəbul proqramları və dərsliklər əsasında hazırlanmışdır.
Yeni nəşrdə açıq tipli test tapşırıqları və onların cavablandırılma qaydası üzrə izahat da verilib.
Kitab yeni tərtibatda – üz qabığı metal təbəqəli laminasiya plyonkada, içərisi göz yormayan kağızdadır.
Orijinal nəşrləri əldə edin – bilik zirvəsinə yaxın olun!
Kitabı TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
MƏLUMAT KİTABI
Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün

СПРАВОЧНИК
Для абитуриентов азербайджанского и русского секторов

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və "Abituriyent" jurnalı redaksiyasının "Abituriyentə informativ-metodiki kömək" silsiləsindən yeni bir vəsait – "Məlumat kitabı (Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün)" çapdan çıxmışdır. İxtisas qruplarına uyğun olaraq 4 kitabdan ibarət olan bu vəsaitdən ali təhsil müəssisələrinə qəbula hazırlaşan abituriyentlər və yuxarı sinif şagirdləri, habelə valideynlər və təhsil işçiləri istifadə edə bilərlər.
Nəşrdə qəbul kampaniyasının gənclər üçün maraqlı olan ən aktual, ən vacib məsələləri işıqlandırılır.

Kitab aşağıdakı bölmələrdən ibarətdir:
• Növbəti 2012/2013-cü və sonrakı 2013/2014-cü – 2015/2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin ayrı-ayrı ixtisasları üzrə dövlət sifarişi ilə tələbə qəbulunun Proqnozu (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 oktyabr tarixli 336s nömrəli sərəncamından çıxarış);
• 2011-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları;
• 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları;
• 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları;
• Ali təhsil müəssisələrinin bakalavr ixtisasları;
• Tələbə qəbulu kampaniyası: dəyişiklik və yeniliklər;
• TQDK-nın elektron xidmətləri haqqında müfəssəl məlumatlar verilmişdir.

Bölmələrin adından da göründüyü kimi oxucular bu kitablar vasitəsi ilə:
Dövlət sifarişi əsasında tələbə qəbulu nə deməkdir?
Hansı ixtisaslara dövlət sifarişi üzrə qəbul nəzərdə tutulur?
İxtisaslar üzrə dövlət sifarişli yerlərin sayı nə qədər proqnozlaşdırılır?
Keçid balı nədir? Keçid balı ilə müsabiqə şərti arasında nə kimi fərq var?
Keçid balları ilə tanışlıq sənə nə verə bilər?
Qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları ilə işləməyin üstünlüyü nədən ibarətdir?
Qəbul imtahanı proqramı nədir? Qəbul imtahanı proqramları ilə tanışlıq sənə nə verə bilər?
Seçdiyin ixtisas haqqında nə bilirsən? Seçdiyin ixtisasa hansı ali məktəbdə yiyələnə bilərsən?
Seçdiyin ixtisas üzrə ali məktəbdə sənə nələr və hansı peşə fənləri əsasında öyrədiləcək?
Təhsilini bitirəndən sonra harada, hansı sahə və istiqamətlərdə işləyə bilərsən?
Sən TQDK-nın elektron xidmətlərindən xəbərdarsanmı? Bu xidmətlərdən istifadə abituriyentə nə fayda verir?
2012-ci ildə tələbə qəbulunda hansı dəyişiklik və yeniliklər nəzərdə tutulur?
və s. bu kimi suallara cavab tapa biləcəklər.
"Ümumi biologiya" vəsaiti

TQDK "Abituriyent" jurnalının xüsusi buraxılışı kimi qəbul imtahanına hazırlaşan abituriyentlər, yuxarı sinif şagirdləri, müəllimlər, ekspertlər və test tərtibçiləri üçün yeni bir vəsait - «Ümumi biologiya» kitabını çap etmişdir. Vəsait qəbul imtahanı proqramına və ümumtəhsil məktəblərinin tədris proqramına uyğun tərtib edilmişdir. Vəsaitin bəzi fəsilləri fənn üzrə materialların əhatəli qavranması üçün müəyyən qədər genişləndirilib və dərinləşdirilib. Biokimya, çoxalma, təkamül, ekologiya və insanın əmələgəlməsi fəsillərinə xüsusi diqqət yetirilib. Mövzulara edilmiş əlavələr yalnız mövzunun yaxşı qavranmasına və müasirləşməsinə yönəlmişdir. Bununla belə onlardan qəbul imtahanı üçün test tapşırıqlarının tərtibatında istifadə edilməyəcəkdir.
Vəsait Azərbaycan və rus dillərində nəşr olunub.
"Abituriyent" № 11

"Abituriyent" jurnalının yenicə çapdan çıxmış 11-ci sayı qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan gənclərə həsr edilmişdir. Jurnalda Prezident təqaüdçüləri ilə TQDK-da keçirilmiş görüş, hər bir yüksək ballı gənc haqqında məlumat – şəkli, topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi orta təhsil müəssisəsi, onlarla keçirilmiş anket sorğusunun nəticələri, rəy və təklifləri, qəbula hazırlaşan şagirdlərə tövsiyyələri, həmçinin ən yüksək nəticə göstərmiş abituriyentlərlə müsahibələr və digər maraqlı materiallar təqdim edilmişdir.
Jurnalı TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

TQDK və “Abituriyent” jurnalının birgə hazırladığı fənlər üzrə yeni test tapşırıqları kitabları çapdan çıxmışdır. Yeni nəşrlər toplusuna aşağıdakılar daxildir:
  • “Azərbaycan dili” V-XI siniflər
  • “Tarix” VI-XI siniflər
  • “Fizika” VII-XI siniflər
  • “Biologiya” VI-XI siniflər
  • “İngilis dili” V-XI siniflər
  • “Coğrafiya” VI-XI siniflər
  • “Azərbaycan tarixi” VI-XI siniflər
  • “Riyaziyyat” V-XI siniflər
  • “Kimya” VIII-XI siniflər
  • Azərbaycan Respublikasının Konstitusiyası
Test tapşırıqlarının təkmilləşdirilmiş bu nəşrləri qəbul proqramları və dərsliklər əsasında hazırlanmışdır.
İlk dəfə tətbiq olunan açıq tipli test tapşırıqları və onların cavablandırılma qaydası ilə də yeni nəşrlərdə tanış ola bilərsiniz!
Kitablar yeni tərtibatda – üz qabığı metal təbəqəli laminasiya plyonkada, içərisi göz yormayan kağızdadır.
Orijinal nəşrləri əldə edin – bilik zirvəsinə yaxın olun!
TQDK –nın nəşrlərini qeyri-qanuni yollarla çap etdirənlərə qarşı mübarizə aparılır
Son vaxtlar müəyyən qüvvələr TQDK-nın müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar.
İndiyədək saxta nəşrlərin satışının qarşısının alınmasında vergi işçiləri tərəfindən xeyli operativ tədbirlər görülsə də, təəssüf ki, saxta nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb.
Qeyd edək ki, saxta çap məhsullarının ekspertizası onlarda çox ciddi elmi, texniki, çap qüsurları və digər zərərli cəhətlərin olduğunu göstərir.
Saxta nəşrlər hazırlanarkən mövcud poliqrafiya normaları gözlənilmədiyindən və ya materiallar əsl nüsxələrin üzündən skaner üsulu ilə götürüldüyündən çapın keyfiyyəti itir, bu da nəticə etibarı ilə istifadəçilərin görmə qabiliyyətinə zərər vurur.
Çap işləri kustar mətbəələrdə kustar üsullarla aparıldığına, burada gigiyenik normalar gözlənilmədiyinə və çap zamanı ekoloji cəhətdən keyfiyyətsiz, zərərli boya və kağızlardan istifadə edildiyinə görə hazırlanan çap məhsulları onlardan istifadə edənlərin sağlamlığına mənfi təsir göstərir.
Saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır.
Bir çox hallarda saxta çap məhsulları hazırlanarkən TQDK-nın buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu da onlardan istifadə edənləri çaşdırır, özləri istəmədən belə onların hazırlıq prosesində, təlimində səhvlərin yer almasına səbəb olur.
Bununla əlaqədar olaraq qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün TQDK tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur.
Hörmətli oxucular, saxta jurnal və nəşrlər almayın!!!