11-ci Bakı Beynəlxalq Kitab Sərgisi başa çatıb

.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
.jpeg)
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi başa çatıb.
"Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunmuş builki sərgidə uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil edilib.
Dövlət İmtahan Mərkəzinin mətbuat orqanı “Abituriyent” jurnalı redaksiyası da sərgidə iştirak edib. “Abituriyent” jurnalı stendində ziyarətçilər DİM nəşrləri ilə tanış olub, nəşrlərlə bağlı suallarını ünvanlandırıb, nəşrləri endirimli qiymətlərlə əldə edib, hədiyyələr qazanıblar.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Abituriyent” jurnalı redaksiyasına sertifikat təqdim edib.