Qiymətləndirmə tapşırıqlarının düzgün cavabları www.abiturient.az saytına inteqrasiya edilir
Hörmətli istifadəçilər, nəzərinizə çatdırırıq ki, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi siniflər üzrə qiymətləndirmə tapşırıqları kitablarındakı tapşırıqların düzgün cavablarını DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə əldə etmək mümkün olmayacaq.
Qiymətləndirmə tapşırıqlarının düzgün cavablarının elektron versiyası (PDF formatda) www.abiturient.az saytına inteqrasiya edilir. Yaxın günlərdə saytımızda tapşırıqların düzgün cavabları təqdim ediləcək.
Anlayışınız üçün minnətdarıq.