2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələri keçirilib










14 – 16 iyul 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələri təşkil edilib.
İyulun 14-ü "Abituriyent" jurnalının 12-ci nömrəsinin təqdimatı olub.
Tədbirin ilk günü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi həyata keçirilib.
İyulun 15-i ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi aparılıb.
İyulun 16-ı ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrinə, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı nəticələrinin elmi-statistik təhlillərinin müzakirəsi keçirilib.
Müzakirələrdə pedaqoji və təhsil ictimaiyyəti nümayəndələri – məktəb direktorları, müəllimlər, təhsil qurumları və müəssisələrinin təmsilçiləri iştirak ediblər.